AZ

Gələn ildən etibarən Yeni Klinikada açılan Sümük İliyi Transplantasiya Mərkəzində əməliyyatların icrası nəzərdə tutulur

Bakı. Trend:

Gələn ildən etibarən Yeni Klinikada açılan Sümük iliytransplantasiya mərkəzində əməliyyatların icrası nəzərdətutulur

Trend xəbərverir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdəjurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, növbəliliyi orqan transplantasiyası üzrəixtisaslaşmış mərkəz həyata keçirir: “Bu Bakı Sağlamlıq Mərkəzininnəzdində fəaliyyət göstərir. Həmin mərkəzdə müvafiq qaydalar, ümumiprinsiplər və rəsmi siyahılar mövcuddur.

Biz vətəndaşın hansı mərkəzə və ya siyahıya daxil ediləcəyinimüəyyən edə bilmərik, çünki bu, yalnız müvafiq orqantransplantasiyası mərkəzinin səlahiyyətinə daxildir. Onlartərəfindən təqdim olunan siyahılar əsasında transplantasiyameyarları və uyğunluq müəyyən edilir”.

“Vətəndaşın müraciəti və istəyi nəzərə alınır. Həkim seçimivətəndaş üçün sərbəstdir və o, seçdiyi həkimə, eləcə də uyğunklinikaya yönləndirilir. Müvafiq tibbi rəy və istiqamət sənədlərialınır. Bizim əsas vəzifəmiz isə bu prosesdə vətəndaşa xidmətindüzgün təşkili və koordinasiyasını təmin etməkdir”, - V.Qurbanovqeyd edib.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr