Bakı. Trend:
Elektron siqaretlər və enerji içəcəkləri ilə bağlı müzakirələrdəçox vaxt diqqət yalnız nikotinin, kafeinin və ya ayrı-ayrı kimyəvimaddələrin birbaşa zərərinə yönəlir. Halbuki problemin mahiyyətidaha dərindir və daha təhlükəlidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyəkomitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Sədr müavini vurğulayıb ki, əsas təhlükə təkcə bu maddələrintoksik təsiri deyil, ticari məqsədlərlə insanlarda alışqanlıq vəasılılıq yaradan mexanizmin qurulmasıdır. Çünki asılılıqyarandıqdan sonra zərər artıq birbaşa deyil, dolayı və çoxşaxəlişəkildə ortaya çıxır.
“Məsələn, enerji içkiləri ilə bağlı aparılan araşdırmalargöstərir ki, problem yalnız kafeinin ürək ritminə və ya sinirsisteminə təsiri ilə məhdudlaşmır. Bu içkilərin davamlı istifadəsi,asılılıq yaratmaq məqsədilə formalaşdırılmış tərkibinə görə, insanıgetdikcə daha çox istehlaka sürükləyir. Nəticədə əsas zərər yüksəkşəkər miqdarı üzərindən ortaya çıxır. Bu isə metabolik sindromunformalaşmasına, ardınca isə ürək-damar xəstəlikləri, insult, diabetvə bəzi xərçəng növlərinin yaranmasına aparan ciddi etioloji zənciryaradır”.
Millət vəkili bildirib ki, elektron siqaretlərdə də vəziyyətfərqli deyil:
“Tüstüsüz”, “rəngsiz”, “az zərərli” kimi reklam məqsədli təqdimolunan bu vasitələrin içərisinə müxtəlif maddələrin əlavə edilməsivə bu maddələrin yanma zamanı kimyəvi olaraq dəyişməsi ciddi vəbəzən aşkarlanması çətin risklər yaradır. Kütləvi istehsalprosesində tərkibə nəzarətin zəifləməsi hallarında, həttapsixoaktiv və narkotik təsirli maddələrin əlavə olunması ehtimalıbelə mövcuddur. Bu isə həm gizli asılılıq, həm də uzunmüddətlisağlamlıq fəsadları deməkdir.
Qısaca desək, asılılıq və alışqanlıq yaradan hər bir vasitə,xüsusilə gənclər üçün strateji təhlükədir. Çünki gənc orqanizm vəformalaşmaqda olan davranış modelləri bu cür təsirlərə dahaaçıqdır”.

R.Mahmudovun sözlərinə görə, digər tərəfdən, tibbin inkişafı vəmüalicə imkanlarının artması ilə paralel olaraq, xəstəliklərinartması müəyyən kommersiya subyektləri üçün iqtisadi maraq sahəsinəçevrilir.
“Bu reallıq bizi bir həqiqətlə üz-üzə qoyur. Sağlam cəmiyyətyalnız müalicə edən səhiyyə ilə deyil, həm də xəstəliyin qarşısınıalan mexanizmlə qurulur.
Bəli, 100–200 il əvvəl siqaret ilk dəfə ortaya çıxanda bu qədərelmi məlumat yox idi. Amma bu gün bizdə var. Bu biliklərhökumətləri yeni yaranan təhlükələrə qarşı daha çevik, dahaqətiyyətli və daha məsuliyyətli qərarlar verməyə məcbur edir.
Bu artıq seçim məsələsi deyil, bu, gələcək nəsillərin sağlamlığıilə bağlı məsuliyyətdir”, - deyə o fikrini yekunlaşdırıb.