Bakı. Trend:
Rusiya Bankı əsas uçot dərəcəsinin 16 faizə endirilməsi barədəqərar qəbul edib.
Trend xəbər verirki, bu barədə Rusiya maliyyə tənzimləyicisinin saytında dərc olunanməlumatda deyilir.
Məlumata görə, Rusiya Bankının Direktorlar Şurası iyun ayındabaşlanan pul-kredit siyasətinin yumşaldılması kursunu davametdirmək qərarına gələrək əsas faiz dərəcəsini azaldıb.
Qeyd edək ki, bundan əvvəl əsas uçot dərəcəsi 16,5 faiz təşkiledirdi.
“İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasınaqayıtmaqda davam edir. Noyabr ayında qiymətlərin cari artımınındayanıqlı göstəriciləri azalıb. Bununla yanaşı, son aylardainflyasiya gözləntiləri müəyyən qədər yüksəlib. Kredit aktivliyiyüksək səviyyədə qalır”, – Rusiya Bankının uçot dərəcəsininendirilməsi ilə bağlı rəsmi məlumatında deyilir.