Bakı. Trend:
ABŞ-nin Los-Anceles şəhərində uçuş məktəbinin ərazisindənoğurlanmış kiçik təkmühərrikli təyyarə aeroportun binasınaçırpılıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, naməlum şəxs aeroportun ərazisinə daxil olaraq“Cessna” təlim təyyarəsini qaçırıb və hava nəqliyyat vasitəsiniidarə etməyə çalışan zaman anqara çırpıb.
Hüquq mühafizə orqanlarının bildirdiyinə görə, şübhəli şəxstəyyarəni havaya qaldırmağa nail olmayıb və qanunsuz basqın,təyyarə qaçırma ittihamları üzrə saxlanılıb.
Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları da cəlbsəfərbər olunub. Şübhəli şəxsin kimliyi və onun bu addımınınmotivləri barədə məlumat verilmir.