AZ

Qazaxıstan Xəzərin qorunması ilə bağlı dövlətlərarası proqrama start verib

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qazaxıstan Xəzər dənizinin su ehtiyatlarının qorunması ilə bağlı dövlətlərarası proqram üzərində işə başlayıb.

Bu barədə ekologiya və təbii ehtiyatlar naziri Yerlan Nısanbayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Xəzəryanı dövlətlərlə birgə iş aparılır.

Nazir qeyd edib ki, regionun ekoloji problemlərini öyrənmək üçün prezidentin təşəbbüsü ilə Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Bundan başqa, Aral dənizi təcrübəsi əsasında qurumuş ərazilərdə meşə zolaqlarının yaradılması istiqamətində tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
1
mia.az

2Mənbələr