AZ

Putin: Bu iki şəhər yaxın günlərdə Rusiya ordusunun nəzarətinə keçəcək 

Rusiya Prezidenti Vladimir Putin Donetsk Xalq Respublikası (DXR) ərazisində yerləşən Krasny Liman və Konstantinovkanın yaxın vaxtlarda Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçiriləcəyini bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə o, yekun mətbuat konfransı çərçivəsində keçirilən birbaşa xətt zamanı açıqlama verib.

Putin qeyd edib ki, Rusiya qoşunları artıq Konstantinovka şəhərinə daxil olub və orada döyüşlər davam edir. “Şübhəm yoxdur ki, komandamız bu yaşayış məntəqəsini də nəzarət altına alacaq”, – deyə Rusiya lideri əlavə edib.

Prezidentin sözlərinə görə, Krasny Liman şəhərinin 50 faizindən artıq ərazi Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir və şəhərin tam ələ keçirilməsi yaxın günlərdə baş verəcək. Putinin fikrincə, şəhərin ələ keçirilməsi DXR-ın Slavyansk istiqamətində Kievin nəzarətində olan ərazilərə irəliləməsi üçün imkan yaradacaq.

Bundan əvvəl Putin Kupyanskdakı Ukrayna Silahlı Qüvvələri qruplaşmasının mühasirəyə alındığını və onların çıxış şanslarının demək olar ki, olmadığını bildirib.

Seçilən
108
veteninfo.az

1Mənbələr