Yeni ildə qarşıya qoyulan məqsədlərin həyata keçməsi üçün arzuların düzgün formalaşdırılması əsas şərtlərdən biri hesab olunur. AzPost bildirir ki, psixoloq Darya Dunayevanın sözlərinə görə, təkcə nəyisə istəmək kifayət etmir, beyin üçün aydın və konkret məqsəd müəyyənləşdirilməlidir.
Mütəxəssis qeyd edib ki, çox ümumi ifadələrdən istifadə etmək məqsədəuyğun deyil. Onun sözlərinə görə, “xoşbəxt olmaq” kimi qeyri-müəyyən istəklər beyin tərəfindən fəaliyyət planı kimi qəbul edilmir. Eyni zamanda məqsədlərin mənfi formada qurulması da düzgün sayılmır. Psixoloq bildirib ki, “xəstələnməmək” və ya “tək qalmamaq” kimi ifadələr şüuraltı səviyyədə əks nəticə verə bilər.
Darya Dunayeva vurğulayıb ki, məqsədə çatmaq üçün insanın özü üçün müəyyən məhdudiyyətlər qoyması vacibdir. Bu yanaşma sehrli vasitə deyil, insanın özünənəzarətini gücləndirən psixoloji üsuldur. Belə intizamlı yanaşma enerjini düzgün bölüşdürməyə və əsas prioritetlərə fokuslanmağa kömək edir.
Psixoloqun sözlərinə görə, əgər planlaşdırılan hədəf reallaşmazsa, insan özünü günahlandırmamalıdır. Əsas məqsəd səbəbləri analiz etmək və buraxılan səhvlərdən nəticə çıxarmaqdır.