AZ

“Mançester Yunayted”in maraqlandığı alman

“Köln”ün yarımmüdafiəçisi Səid El-Mala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, 19 yaşlı vingerin xidmətində “Mançester Yunayted” maraqlıdır.

Almaniya klubu futbolçusunu 60 milyon avro məbləğində qiymətləndirir. Transferin yayda rəsmiləşdirilməsi istisna olunmur. El Malanın “keçilər”lə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına kimidir.

Almaniyalı yarımmüdafiəçi cari mövsümdə 16 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Seçilən
41
msport.az

1Mənbələr