AZ

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN

Milli Məclis Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb.

Aznews.az bəyanatı təqdim edir:

"Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir. Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir.

Görünən odur ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir. Torpaqlarımızın 30 illik işğalına, yüzlərcə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına daim etinasız qalmış, 1 milyon qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasını görməzdən gəlmiş Avropa Parlamenti 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinə Azərbaycan əleyhinə 10-dan artıq rüsvayçı qətnamənin qəbulu ilə cavab vermişdir.

Bunu da xatırlatmaq yerinə düşər ki, Avropa Parlamenti COP29 kimi mötəbər tədbirin keçirilməsi ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hibrid hücumlarda əsas alətlərdən biri kimi istifadə olunmuşdur. Bu da dəfələrlə sübuta yetirilmişdir ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraq qrupları tərəfindən məqsədli şəkildə idarə edilir. Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir.

Avropa Parlamentinin siyasi simasının bir sıra xarakterik cizgiləri Azərbaycanla yanaşı, bu qurumun əsassız və cəfəng ittihamları ilə üzləşmiş çoxsaylı ölkələrə də yaxşı məlumdur. Bu qətnamə Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoyur və onun real niyyətlərini ifşa edir.

Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktların aşkar edilməsi bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını sübut edir. Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qətnamələri də, bir qayda olaraq, əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır.

Seçilən
66
17
aznews.az

10Mənbələr