AZ

Pensiya, müavinət və təqaüd alanlara əlavə güzəştlər tətbiq olunacaq - Cəmiyyət yaradılıb

Bakı. Trend:

Azərbayacan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi və Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə pensiya,müavinət və təqaüd alanlar üçün güzəşt və endirimlər nəzərdə tutan“loyallıq” platformasının yaradılmasına qərar verilib.

Bu barədə Trend-ə DSMF-dən məlumat verilib.

Qeyd olunan sosial həssas qruplara aid olan vətəndaşlar sosialbank kartları ilə nağdsız ödəmələr zamanı müxtəlif endirimlər vəimtiyazlar əldə edəcəklər.

Layihənin icrası, məqsədi ilə “Sosial Tərəfdaş” cəmiyyəti təsisedilərək qeyd olunan layihənin həyata keçirilməsi ona həvaləedilib. Cəmiyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsis edilib.

"Əsas fəaliyyət istiqamətimiz layihənin icrasını təmin etmək,aidiyyatı dövlət və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq edərək,həssas təbəqənin nümayəndələri üçün yeni imkanlar yaratmaqdır.

Bu məqsədlə ilkin mərhələdə iri pərakəndə alış-veriş məkanları,telekommunikasiya vasitələri, aptek şəbəkələri və tibb müəssisələriilə tərəfdaşlığın qurulması nəzərdə tutulur.

Eyni zamanda, məqsədimiz ölkənin Ali Siyasi Rəhbərliyitərəfindən təsdiq edilmiş “Strateji Yol Xəritəsi”ni və bustrategiyanın mərkəzində dayanan insan amilini əsas tutaraq, təqaüdalanlarla imtiyazların verilməsinə, nağdsız ödəmələrinstimullaşdırılmasına və maliyyə savadlılığını artırmağa yönəlib", -deyə məlumatda qeyd edilib.

Seçilən
90
az.trend.az

1Mənbələr