AZ

Bu, Avropanı müharibəyə yaxınlaşdıran pis bir qərardır

Operativ MM saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyi sammitində Ukraynaya 90 milyard avro faizsiz kredit verilməsi qərarının Avropanı müharibəyə daha da yaxınlaşdırdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Bu, Avropanı müharibəyə yaxınlaşdıran pis bir qərardır. Kredit kimi görünür, amma, ukraynalılar onu heç vaxt geri ödəyə bilməyəcəklər, ona görə də mahiyyət etibarilə bu, pul itkisidir. Bu kreditin arxasında duranlar bunun məsuliyyətini və maliyyə nəticələrini daşıyacaqlar”, - o qeyd edib.

"Aİ sammitindən sonra Rusiyaya qarşı bütün sanksiyalar altı ay, yəni 31 iyul 2026-cı ilə qədər uzadılıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa Şurasının prezidenti Antonio Kosta deyib.

"Biz Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəldik", - o bildirib.

Rusiyaya qarşı əvvəllər qəbul edilmiş 19 sanksiya paketinin hamısı eyni vaxtda hər altı aydan bir, hər il 31 yanvar və 31 iyul tarixinə qədər uzadılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
123
operativmm.az

1Mənbələr