AZ

Məşhur aktrisa narkotik əməliyyatında saxlanıldı: tapançalar, patronlar... - FOTO

Türkiyənin İstanbul şəhərində keçirilən növbəti narkotik əməliyyatı zamanı aktrisa Ezgi Eyüboğlu da daxil olmaqla 8 şübhəli saxlanılıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində baş tutub.

Aktrisa Saadət Ezgi Eyüboğlu haqqında "şəxsi istifadə üçün narkotik maddələr almaq, qəbul etmək və ya saxlamaq" ittihamları ilə saxlanılma qərarı verilib.

Əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı lisenziyalı və lisenziyasız tapançalar, boş atəşli tapançalar, müxtəlif patronlar, 8 tablet narkotik maddə, kristal metamfetamin, 5 maye narkotik maddə, narkotik maddə ehtiva etdiyi güman edilən 51 patron, çoxsaylı cihazlar, narkotik dəyirmanı, yuxarı və aşağı hissələrində

100 dollarlıq əskinaslar olan boş kağızlar yığını və orta hissələri kəsilmiş 19 saxta dollar əskinası müsadirə edilib.

CNN Türk müxbiri Merve Tokaz bu əməliyyatın ilk iki dalğadan fərqləndiyini bildirib. Onun sözlərinə görə, bu əməliyyat zamanı narkotik istifadəsi ilə yanaşı, həm də sutenyorluq, odlu silah qanunlarının pozulması və narkotik qaçaqmalçılığı kimi ittihamları da əhatə edir. 

Qeyd edək ki, dünən müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomeni Danla Biliç və Mümine Senna Yıldız narkotik araşdırması çərçivəsində saxlanılıb. Müğənni Yusuf Güney, aktrisa Melisa Döngel və Cihan Şensözlünü ünvanlarında tapmaq mümkün olmayıb. Bundan başqa, hazırda xaricdə olan Mert Vidinli, Şeyma Subaşı və model Şevval Şahin haqqında saxlanılma qərarı çıxarılıb.

Xatırladaq ki, E.Eyüboğlu "Muhteşem yüzyıl", "Ulan İstanbul", "Teşkilat" və s. film və seriallarda rol alıb.

Billurə

Seçilən
79
1
olke.az

2Mənbələr