AZ

Uşaqlar niyə yemək istəmir?

İştahsızlıq uşaqların sağlam böyüməsi üçün ciddi narahatlıqdır. Uşaqlarda yemək seçiciliyi və yeməyi rədd etmək geniş yayılmış vəziyyətdir və bəzi hallar sağlamlıq problemlərinə işarə edə bilər.

 

Pravda.az bildirir ki, uşaqlarda iştahsızlığın səbəbləri arasında infeksiyalar, həzm sistemi xəstəlikləri, hormon pozuntuları və psixoloji faktorlar yer alır. Uzun müddət davam edərsə, mütləq həkimə müraciət edilməlidir.

 

Mütəxəssislər qeyd edir ki, uşaqlarda iştahsızlığın müalicəsi onun əsas səbəbini tapmaq və müvafiq müalicə tətbiq etməkdən ibarətdir. Eyni zamanda, valideynlərə uşaqların kiçik porsiyalarda, ailə ilə birlikdə və balanslı qidalanma ilə yemək vərdişi formalaşdırmaq məsləhət görülür.

 

Əgər iştahsızlıq çəki itkisinə, uzun müddət yeməyin rədd edilməsi və ya ümumi pis vəziyyətlə müşayiət olunursa, həkimə müraciət vacibdir.

 

Əminə Bayramova

Tarix: 19 Dekabr 2025, 15:46   
Seçilən
36
pravda.az

1Mənbələr