Aİ-nın qəbul etdiyi Azərbaycanla bağlı qətnamə yenə də ikiüzlülüyün, qərəzin bariz nümunəsidir.
Newscenter.az bunu ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki. özlərini başqa ölkələrin işlərinə qarışmağa məsul bilən Aİ-nın başlarının üstünü alan Rusiya qorxusu ilə beyinləri qarışıb:
"Azərbaycana qarşı separatçılığa dəstək kimi dəyərləndirilən bu qətnamə, xüsusən də, həbs edilmiş Qarabağ klanının üzvlərinin buraxılması kimi absurd istəkləri Aİ-nın nı dərəcədə lobbi və separatçı qrupları dəstəkləyən dairələrin təsir dairəsində olduğunu göstərir".
Azər Qasımov daha sonra bildirir:
"Aİ bununla nə etmək istəyir. Aİ yenidən bu separatçıların azadlığa çıxmasını istəyir ki, Azərbaycan və Ermənistan arasında müharibə başlatsın. Ermənistanda vəziyyəti gərginləşdirib Paşinyanı hakimiyyətdən salsın. Göründüyünü kimi Aİ-nın guya Ermənistana yaxşılıq etmək istəyi əslində erməni toplumunun əleyhinə işləmək deməkdir. Rusiyanın dəstək verdiyi bu separatçı quldur dəstəsinin azadlığı uğrunda "mübarizə" Ermənistanın başına da Ukraynanın oyununu açmaqdır".
Süleyman