İsveçrənin IQAir təşkilatı bu ilin oktyabr ayında Hindistanın paytaxtı Dehli yenidən dünyanın ən çirkli havası olan şəhəri elan edib.
NOCOMMET.az xəbər verir ki, hesabata görə, dünyanın ən çirkli 20 şəhərindən 13-ü Hindistandadır.
Hazırda Hindistanın paytaxtı Dehlidə hava çirkliliyi səbəbindən həm dövlət, həm də özəl sektorda işçilərin yarısı evdən iş rejiminə keçib.

Bu ilin oktyabrın 21-i həmin şəhərdə havanın keyfiyyət indeksi (AQI) 350-yə çatıb, bu da “çox pis” çirklənmə səviyyəsi kimi təsnif edilir.
Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi normadan 3,5 dəfə yüksəkdir. Yəni 2023 – 2024-cü illərin göstəricisi yenilənib.
Hindistan su hövzələrinin çirklənmə dərəcəsinə görə uzun illər 1-ci, bəzən də 2-ci yerlərdə olub.

Hətta ötən il Hindistanda müqəddəs sayılan Yamuna çayının Yeni Dehlidən keçən hissəsi qalın ağ köpük təbəqəsi ilə örtüldü. Yeni Dehlidə hava o qədər çirklənmişdi ki, suyun bütün səthi daha çox montaj köpüyünü xatırladan zəhərli köpüklə örtüldü. Yamuna Qanq çayının ən böyük qoludur.

Dünyanın ən çirkli çaylarından biri hesab olunan Qanq çayı sənaye və məişət tullantıları, insan və heyvan cəsədləri, müxtəlif dini mərasimlər və nəşlər (küllər) ilə çirklənir.
Maraqlıdır ki, ən çirkli dağ da bu ölkənin payına düşür.
Zibillərin çoxu Hindistanın paytaxtı yaxınlığındakı Yamuna dağına yığılır.
P.S. Dünya kinosunun ən məşhur simalarından biri, hind kinosunun tacsız kralı, dünyaca məşhur Bollivudun yaradıcılarından biri olan Rac Kapurun, eyni zamanda uşaqlıqdan sevdiyimiz Amitabh Baççanın, Mithun Çakrabortinin, Ayşvariya Rayın, Dharmendranın, Xema Malinin, Şahrux Xanın, Rişi Kapur və başqalarının vətənini belə görmək xeyli üzücüdür.
Hindistanın Baş naziri Narendra Modi
silah yaradıb Ermənistana satmaqdansa, kaş ki ölkəsini bu fəlakətdən qoruya biləydi.

Əntiqə Rəşid