AZ

Karateçilərimiz Aslan Ercan və Gülay Orucova 33-cü ölkə çempionatında birinci oldu… - FOTO


Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Gənclər və Böyüklər arasında 33-cü Ölkə Çempionatı uğurla baş tutmuşdur.

Bu mötəbər yarışda Birlik Karate Klubunun iki üzvü iştirak etmiş, kumite və para-karate üzrə ölkəmizi layiqincə təmsil etmişdir.

Para-karate üzrə K21 kateqoriyasında iştirak edən Aslan Ercan 1-ci yerə layiq görülərək Azərbaycan Yığma Komandasının üzvü olmuşdur.

Eyni zamanda kumite üzrə qadınlar arasında U21, -61 kq çəki dərəcəsində mübarizə aparan Orucova Gülay 1-ci yeri qazanaraq Azərbaycan Yığma Komandasına üzv olmuş və qarşıdan gələn Avropa Çempionatında iştirak üçün lisenziya əldə etmişdir.

Hər iki idmançının şəxsi məşqçisi Sənan Cəfərovdur.

Bu böyük uğur münasibətilə idmançılarımızı və məşqçimizi ürəkdən təbrik edir, gələcək yarışlarda yeni-yeni qələbələr arzulayırıq!

NAMİQ

Seçilən
66
baki-xeber.com

1Mənbələr