AZ

Şahzadəyə təcili ağciyər köçürülməlidir FOTOLAR

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Norveçin vəliəhd şahzadəsi Mette-Maritin səhhətindəki pisləşmə səbəbilə ağciyər köçürülməsinin gündəmdə olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, 2018-ci ildə pulmonar fibroz diaqnozu qoyulan Mette-Maritin nə zaman orqan transplantasiyası gözləmə siyahısına daxil ediləcəyi isə hələ dəqiqləşməyib.

Krallıq Sarayının verdiyi məlumata görə, son aylarda aparılan tibbi müayinələr şahzadənin səhhətində nəzərəçarpacaq dərəcədə pisləşmə olduğunu göstərib. 

52 yaşlı Mette-Maritinə 2018-ci ildə ağciyərlərdə çapıq toxumasının yaranmasına və oksigen qəbulunun azalmasına səbəb olan xroniki xəstəlik – pulmonar fibroz diaqnozu qoyulmuşdu.

Qeyd olunub ki, şahzadənin nə zaman orqan transplantasiyası üçün gözləmə siyahısına daxil ediləcəyi hələlik məlum deyil.

Oslo Universiteti Xəstəxanasının Ağciyər Xəstəlikləri Bölməsinin professoru Are Martin Holm isə bildirib:

“Ağciyər köçürülməsi üçün lazım olan mərhələyə yaxınlaşırıq. Zamanı çatdıqda əməliyyatın həyata keçirilməsi üçün bütün hazırlıqları görürük”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
1
cebheinfo.az

2Mənbələr