AZ

Qərb derbisini “Turan Tovuz” qazanıb

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start veriib.

SİA xəbər verir ki, XVI turun açılış oyununda “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edib. Qərb derbisi qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 6-cı dəqiqədə Alexandro Serrano və 47-ci dəqiqədə Jo Batista vurublar.

Bu qələbədən sonra xallarını 27-yə çatdıran Tovuz klubu 3-cü pilləyə yüksəlib. Gəncə təmsilçisi isə 9 xalla 10-cudur.

Qeyd edək ki, turun digər qarşılaşmaları 20, 21 və 22 dekabr tarixlərində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
3
sia.az

4Mənbələr