AZ

Putin: Yeni hərbi əməliyyat planımız yoxdur, amma şərtimiz var

Rusiya heç bir yeni xüsusi hərbi əməliyyat planlaşdırmır

Rusiya lideri Avropanı əməkdaşlığa çağırdı və Qərb siyasətçilərini sərt tənqid etdi.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BBC jurnalistinin sualını cavablandırarkən bildirib.

Dövlət başçısı bəyan edib ki, Rusiya heç bir yeni xüsusi hərbi əməliyyat keçirməyi planlaşdırmır. Lakin o vurğulayıb ki, bu şərt Avropanın Rusiyaya hörmətlə yanaşacağı və onun maraqlarını nəzərə alacağı təqdirdə yerinə yetiriləcək.

“Hazırkı vəziyyəti Qərb siyasətçiləri yaradıb, gərginliyi onlar artırırlar. Məgər biz Avropaya hücum etməyə hazırlaşırıq? Bu ki cəfəngiyatdır! Bu, daxili siyasi mülahizələrə görə və düşmən obrazı yaratmaq üçün edilir. Avropada Qərb siyasətçilərinin sistemli şəkildə buraxdıqları səhvləri ört-basdır etmək üçün Rusiyadan düşmən obrazı düzəldirlər. Əgər NATO-nun Şərqə genişlənməsi ilə bağlı bizi aldatdığınız kimi yenə aldatmasanız (sözümüzdə duracağıq)”, – deyə Putin qeyd edib.

Prezident həmçinin iqtisadi göstəricilərə toxunaraq əlavə edib ki, Rusiya alıcılıq qabiliyyəti paritetinə görə Çin, ABŞ və Hindistandan sonra dünyada dördüncü yerdədir. Böyük Britaniya isə siyahıda yalnız 7-8-ci yerlərdə qərarlaşıb. Putinin sözlərinə görə, əgər Avropa ölkələri Rusiya ilə səylərini birləşdirsəydilər, o zaman ümumi ÜDM alıcılıq qabiliyyətinə görə ABŞ-dan daha çox olardı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr