AZ

Azərbaycanın xarici ticarətində dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana məhsul idxalınınhəcmi 21,188 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, idxalda dövlət sektoru 6,9 milyard dollar, özəlsektor 12,4 milyard dollar, fiziki şəxslər isə 1,9 milyard dollarpaya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bugöstəricilər müvafiq olaraq 26,6%, 7,2% və 7,6% artıb.

Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 32,41%,özəl sektorun 58,39%, fiziki şəxslərin isə idxalda payı 9,20%-əbərabər olub.

Eyni zamanda, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandanməhsul ixracının dəyəri 23,401 milyard ABŞ dolları olub.

Məlumata görə, ixracda dövlət sektoru 10,6 milyard dollar, özəlsektor 12,6 milyard dollar, fiziki şəxslər isə 132,3 milyon dollarpaya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bugöstəricilər müvafiq olaraq 6,6%, 1,3% və 10,4% azalıb.

Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 45,46%,özəl sektorun 53,98%, fiziki şəxslərin isə idxalda payı 0,56%-əbərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar vəya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.

Seçilən
93
az.trend.az

1Mənbələr