AZ

Keçmiş əri tərəfindən öldürülən Diananın ailəsi DANIŞDI Dəhşətli qətlin YENİ DETALLARI VİDEO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qusar rayonunun Hil kəndində dəhşətli cinayət hadisəsi baş verib. Kənd sakini Asif Təyıbov keçmiş arvadı ilə barışmaq məqsədilə onu aldadaraq yaşayış olmayan bir evə aparıb.O, həmin evi qadın üçün kirayə tutacağını bildirib. Daha sonra evdə Diana Təyıbovanın əl-qolunu bağlayaraq ona ağır xəsarətlər yetirib və xüsusi amansızlıqla qadını qətlə yetirib.

 

MÖVZU İLƏ BAĞLI:Qusarda kişi keçmiş arvadını öldürdü

Xatırladaq ki, cütlük üç il əvvəl boşanıb və Diana Təyıbova ata evində yaşayıb. Onların üç övladı olub, uşaqlardan ikisi atanın, biri isə ananın himayəsində qalırmış.Məlumatlara görə qətl hadisədən sonra izi itirmək məqsədilə Asif Təyibov özünün və Diananın mobil telefonunu, eləcə də mərhumun qızıl zinət əşyalarını Hil kənd orta məktəbinin tualetinə atıb. Qeyd edək ki, Asif Təyibov həmin məktəbdə bağban kimi çalışıb.Mərhumun valideynləri Diananın evli olan müddətdə də dəfələrlə zorakılığa məruz qaldığını və ona həmişə zülm verildiyini dilə gətiriblər. Ətraflı videosüjetdə: 

Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
2
bizim.media

2Mənbələr