AZ

1 milyondan çox vətəndaşa ŞAD XƏBƏR - Pensiya bu qədər qalxacaq

İlin sonuna yaxınlaşdıqca Azərbaycanda pensiyaların indeksləşdirilməsi məsələsi ən çox müzakirə olunan social-iqtisadi mövzulardan birinə çevrilir. Ölkədə əmək pensiyalarının artımı hər il avtomatik olaraq həyata keçirilir və bu proses əvvəlki ilin orta aylıq əməkhaqqı artım faizi əsasında aparılır. Başqa sözlə, pensiyalar cari ildə baş verən əməkhaqqı artımına uyğun olaraq indeksləşdirilir və artırılır.

Bəs pensiya nə qədər artacaq?

Məsələ ilə bağlı Day.Az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ölkədə pensiya artımı - daha dəqiqi, məhz əmək pensiyalarının artımı - özündən əvvəlki ildə olan orta aylıq əməkhaqqında baş vermiş artım faizinə uyğun şəkildə indeksasiya olunur.

"Bu nə deməkdir? Məsələn, 2025-ci ildə orta aylıq əmək haqqı nə qədər artıbsa, 2026-cı ildə də pensiyalar həmin qədər artacaq. Yəni, faiz artımı nəzərə alınmaqla bu kontekstdə 2026-cı ildə orta aylıq əmək pensiyalarının artımının təxminən 10 faiz civarında olacağı gözlənilir.  Bu da təxminən 1.1 milyon vətəndaşı əhatə edəcəkdir, çünki əmək pensiyaçılarının sayı bu həddədir.

Ekspert qeyd edib ki, 2025-ci ildə orta aylıq əmək haqqı təxminən 9,5 faiz civarında artacağı gözlənilir və bu nəticə yekun olaraq məlum olur. Bu artım faizinə uyğun olaraq pensiyalar da indeksləşdiriləcək.

Eldəniz Əmirov bildirib ki, fevral ayında - orta aylıq əməkhaqqı artımı rəsmi məlum olduqdan sonra - artıq yuvarlaqlaşdırılmış şəkildə əmək pensiyalarına artım edilir. "Bu artım fevral ayında rəsmən təsdiqlənsə belə, yanvarın 1-dən pensiyaçılar bu artım hissəsini alacaqlar. Beləliklə, 500 manat pensiya alan şəxs növbəti ildə ortalama olaraq 550 manat alacaqdır deyə bilərik."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
67
day.az

1Mənbələr