AZ

Qərb derbisində “Turan Tovuz” qalib gəldi

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start verilib.

90deqiqe.Az xəbər verir ki,  XVI turun açılış oyununda “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edib. Qərb derbisi qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesab 6-cı dəqiqədə Alexandro Serranonun qolu ilə açılıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Jo Batista fərqi artıraraq oyunda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xallarını 27-yə çatdıran “Turan Tovuz” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Kəpəz” isə 9 xalla 10-cu sırada qalıb.

Qeyd edək ki, Misli Premyer Liqasında XVI turun digər qarşılaşmaları 20, 21 və 22 dekabr tarixlərində keçiriləcək.

Seçilən
56
90deqiqe.az

1Mənbələr