AZ

ABŞ-də Trampın prorusiya mövqeyi ilə bağlı açıqlamaverilib

ABŞ Prezidenti Donald Trampın Rusiya tərəfinə keçdiyi iddia olunur.

Redaktor.az xəbər verir ki, bu fikri amerikalı jurnalist, ABŞ-ın keçmiş prezidenti Corc Buşun spikerrayteri olmuş Devid Frum "The Hub" podkastında səsləndirib.

Frumun sözlərinə görə, Trampın mövqeyində artıq heç bir tərəddüd yoxdur. “Onlar Rusiyanın tərəfindədirlər və Rusiyaya üstünlük verən vasitəçi rolundan birbaşa Rusiya baxışının müttəfiqi roluna keçirlər”, - deyə o bildirib.

Jurnalist qeyd edib ki, amerikalılar üçün Tramp və Rusiya arasında mövcud olan münasibətlərin miqyasını dərk etmək çətindir. Onun sözlərinə görə, Tramp və ətrafındakı siyasi çevrə mümkün olan hər yerdə Ukraynaya yardımı bloklayır və bu da ABŞ prezidentinin açıq şəkildə prorusiya mövqeyi tutduğunu göstərir.

Nuriyyə NATİQQIZI

Seçilən
84
1
redaktor.az

2Mənbələr