Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Avropa Birliyindəki Rusiya aktivlərini ələ keçirmək cəhdləri oğurluq yox, soyğunçuluqdur.
Publika.az xəbər verir ki, Putin bu barədə canlı yayımda sual-cavab sessiyası zamanı deyib:
"Oğurluq uyğunsuz tərifdir. Oğurluq əmlakın gizli oğurlanmasıdır. Amma burada onlar bunu açıq şəkildə etməyə çalışırlar. Bu soyğunçuluqdur".
Rusiya liderinin sözlərinə görə, Aİ-nin hərəkətləri təkcə onun imicinə zərbə deyil, həm də avrozonada etimadı sarsıdır.
Rusiya dövlət başçısı qeyd edib ki, "pullarını orada saxlayan neft hasil edən ölkələr prosesi yaxından izləyir".