Bakı, 19 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan “Unudulmazlar” layihəsi NETTY 2025 Milli İnternet Mükafatı müsabiqəsinin qaliblərindən biri olub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə NETTY müsabiqəsində “Cəmiyyət və inklüzivlik üçün texnologiyalar” nominasiyası üzə qalib olub və NETTY Milli İnternet Mükafatına layiq görülüb.
Bu il 20-ci təqdimetmə mərasimi keçirilən NETTY müsabiqəsinə ümumilikdə 7 nominasiya üzrə 170-dən çox rəqəmsal resurs təqdim edilib.
“Unudulmazlar” saytı və mobil tətbiqi ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlar, mülki şəhidlər, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər haqqında ətraflı məlumat əldə etməyə imkan yaradan və onların cəmiyyətə daha yaxından tanıdılmasına xidmət edən layihədir.