AZ

“Kölgə donanması”na aid gəmi vuruldu Ukrayna ordusu ölkədən 2000 km aralıda əməliyyat keçirdi VİDEO

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilk dəfə olaraq Rusiyanın “kölgə donanması”na aid tankeri Aralıq dənizinin neytral sularında vurub.Bakupost.az “UNIAN” agentliyinə istinadən xəbər verir ki, xüsusi əməliyyat Ukraynadan 2 min kilometrdən çox məsafədə həyata keçirilib. SBU-nun “Alfa” adlı xüsusi təyinatlı bölməsi pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyaya məxsus “QENDIL” tankerini hədəfə alıb.Məlumata görə, içi boş olan tankerin sanksiyalardan yayınmaq, eləcə də müharibənin maliyyələşdirilməsi məqsədilə istifadə edilən “kölgə donanması”na daxil idi. Zərbə nəticəsində kritik zədələr alan gəmi istismara yararsız vəziyyətə düşüb.Bu hadisə SBU-nun Rusiyanın dəniz logistikasına qarşı apardığı əməliyyatların coğrafiyasının genişləndiyini göstərən ilk nümunə kimi qiymətləndirilir.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
www.bakupost.az

1Mənbələr