AZ

Qəzzada tibbi təxliyəni gözləyən 1092 xəstə ölüb

2024-cü ilin iyul ayı ilə 28 noyabr 2025-ci il arasında Qəzzada tibbi təxliyə gözləyən 1092 xəstə vəfat edib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

ÜST və tərəfdaşları Qəzzadan ciddi sağlamlıq problemləri olan 10.600-dən çox xəstəni, o cümlədən 5.600-dən çox uşağı təxliyə edə bilib.

Qeyd edək ki, Qebreyesus daha çox ölkəni Qəzza və Şərqdən olan xəstələrə qapılarını açmağa çağırıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
59
missiya.az

1Mənbələr