AZ

Ağakərim KİMDİR? - DOSYE

Meyxanaçı Kərim Novruzov (Ağakərim) uzun sürən xəstəlikdən sonra dekabrın 19-da vəfat edib.

“Yeni Sabah” mərhum meyxana ustadı ilə bağlı maraqlı faktları təqdim edir:

Ağakərim 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Təhsil illərində onda ədəbiyyata, meyxanaya həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyadıb.

Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb.

2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görüb.              

"Amandı", "Azərbaycanlılar", "Bu gedər, o biri gələr", "Divanə kimi", "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi", "Günahkar mavi Xəzərdir", "Kasıb", "Maştağa", "Nizami", "Pul", "Rədd elə getsin", "Varmı, görəsən?", "Vurulmuşam" mahnı və meyxanaları ilə tanınıb.

Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı 2017-ci ilin mart ayında və 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
112
yenisabah.az

1Mənbələr