AZ

Professor Elşad Məmmədov DSMF rəhbərliyi ilə görüşünü dəyərləndirdi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) idarə heyətinin sədri Zəka Mirzəyev və Fondun digər rəsmi şəxsləri ilə məzmunlu və konstruktiv müzakirələr aparılıb.

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov görüşü yüksək qiymətləndirərək bildirib ki, aparılan fikir mübadiləsi qurumun inkişaf perspektivləri ilə bağlı müvafiq yanaşmaların formalaşmasına xidmət edib və bu, DSMF üçün vacib amildir.

"Peşəkar müzakirələr şəraitində keçən tədbirdən məmnun olduq! Fikrimcə, tədbir Fondun rəhbərliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura ilə əməkdaşlığa böyük önəm verdiyini bir daha göstərmiș oldu ki, bu çox önəmlidir!"

Seçilən
52
qht.az

1Mənbələr