BAKI, 19 dekabr. TELEQRAF
“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçi Joni Montielin yaşıl meydanlara qayıcağaı tarix dəqiqləşib.
Teleqraf Ağdam klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının I turunun təxirə salınmış “Sabah”la matçında zədələnib.
Arxa bud əzələsinin gərilməsi səbəbindən sıradan çıxan Montielin yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.