AZ

1-ci Liqa: "Şəfa" liderliyini möhkəmləndirdi

Azərbaycan I Liqasında 11-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Şamaxıda baş tutub.

Lider "Şəfa" "Cəbrayıl"la prinsipial matça çıxıb. Ötən tur xal itirən paytaxt təmsilçisi Şamaxıda "Cəbrayıl"ı minimal hesabla yenərək liderliyini möhkəmləndirib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Baku Sportinq" "Şimal"ı 1:0, MOİK "Zaqatala"nı 3:1 hesabı ilə yenib, “Difai” – “Mingəçevir” (1:1) və “Şahdağ Qusar” – “Səbail” (2:2) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.

Azərbaycan I Liqası
XI tur
19 dekabr

 “Cəbrayıl” – “Şəfa” 0:1

Qol: Vüqar Həsənov, 38
Hakimlər: Kamal Umudlu, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Elvin Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Seçilən
85
fanat.az

1Mənbələr