Rusiya prezidenti Vladimir Putin İkinci Dünya müharibəsi kontekstində Rusiya xalqlarının birliyindən danışarkən Tanrının varlığına şübhə etmədiyini bildirib.
Publika.az xəbər verir ki, o, bunu "Birbaşa Xətt" zamanı cəmiyyətin konsolidasiyası ilə bağlı sualı cavablandırarkən deyib.
"Əgər Tanrı mövcuddursa, onda şübhəm yoxdur ki, O, Yer üzündəki insanların hansısa kilsələrə bölündüyünü bilmir", - Putin deyib.
Onun sözlərinə görə, insanları ortaq dəyərlər birləşdirir.