AZ

Bakıda qadınlar pul borcu üstündə dava etdilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Təhminə borc mübahisəsi zəminində yaranan mübahisə zamanı qonşusu Sonaya (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Albalılıq massivi, N.Əliyev küçəsində baş verib. Təhminə həmin gün saat təxminən 11:00-da qonşusu Sona ilə yaranmış mübahisə zamanı münaqişə zəminində əli ilə onun ağız nahiyyəsindən vurub. Hadisəni törədən Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, qonşuluqda yaşayan Sona adlı şəxsdən təxminən hadisədən 10 ay öncə 2300 manat borc alıb: “Öz aramızda razılaşmaya əsasən ona pulu tez bir zamanda qaytaracağıma söz verdim.Bir qədər işlərim yaxşı getmədiyi üçün pulun bir hissəsini, yəni 1000 manatını qaytardım. Buna baxmayaraq Sona qonşuluqda yaşayan şəxslərin yanında arxamca danışdı və bizə qarşı alçaldıcı sözlər işlətdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü təxminən saat 11 radələrində evinin həyətində olan zaman Sonanın onun arxasınca danışdığını eşidib: “Küçəyə çıxaraq ona öz iradımı bildirdim və həmin vaxt Sona məni söyərək təhqir etdi. Onun bu hərəkətlərindən əsəbləşərək ağız nahiyyəsindən tutdum və daha sonra ağzından çillə ilə bir dəfə vurdum”.İş üzrə zərərçəkmiş Sonanın sözlərinə görə, 2024-cü ilin oktyabr ayında qonşuluqda yaşayan Təhminə adlı qadının ərinə pul lazım olduğu üçün ona 2300 manat borc  veriblər: “O, söz verdi ki, ərinin işləri yekunlaşdıqdan sonra avtomobilini sataraq borcunu qaytaracaqdır. Həmin şəxslər hissə-hissə olmaqla borcdan cəmi 1000 manatını qaytardılar. Hər dəfəsində onlardan borcun qalan hissəsini istədikdə, onlar müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayındılar. Hadisə günü, saat 11 radələrində yaşadığım evin həyətində olan zaman eşitdim ki, qapı döyülür. Qapını açdıqda Təhminənin olduğunu gördüm. Təhminə məni çölə çağıraraq təhqir etdi və nə üçün qonşuların yanında mənə pul borcu olduğunu söylədiyimi bildirdi. Həmin vaxt Təhminə üzərimə hücum çəkərək ağız nahiyyəmdən əliylə bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdi”.Xəzər Rayon Məhkəməsinin hökmü ilə Təhminəyə 1200 manat miqdarında cərimə cəzası təyin olunub. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
demokrat.az

1Mənbələr