AZ

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib.

Bizim.Media xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib.

O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb.

İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.

Bizim.Media

Seçilən
34
20
bizim.media

10Mənbələr