Bakı. Trend:
Obyektiv səbəblərdən Aqrar Universitetin təcrübə torpaqlarınınsahəsi xeyli azalıb. Keçmiş məcburi köçkünlər həmin ərazilərdə evtikmişdilər. Bu, tamamilə anlaşılandır, çünki ölkə müharibəşəraitində idi və hazırda həmin torpaqların geri qaytarılması realdeyil.
Trend xəbərverir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin üzvü Naqif Həmzəyev parlamentin Aqrar siyasətkomitəsində keçirilən “İxtisaslı kadr hazırlığı aqrar sektoruninkişafının əsasıdır” mövzusunda ictimai dinləmə deyib.
Millət vəkili bildirib ki, bu məsələ mütləq öz həllinitapmalıdır:
“Aqrar Universitetin təcrübə torpaqlarının azlığı burada real,praktiki işlərin aparılmasına ciddi maneə yaradır. Bu probleməkompleks yanaşılmalı və mümkün olan bütün vasitələrlə həll yollarıaxtarılmalıdır. Bu məsələdə biz hamımız dəstək göstərməliyik.Şükürlər olsun ki, Qarabağ və Şərqi Zəngəzur azad edilib və məndüşünürəm ki, torpaq tapa bilərik”.
Deputat vurğulayıb ki, digər mühüm strateji hədəf AqrarUniversitetin öz məhsullarını bazara çıxarması ilə bağlıdır:
“Təəssüf ki, bu günə qədər universitet olaraq bunu tam şəkildəhəyata keçirə bilməmişik. Halbuki beynəlxalq təcrübəyə nəzərsalsaq, bütün aparıcı aqrar universitetlərin öz brendi altındaməhsul istehsal edib satışa çıxardığını görərik. Mən hesab edirəmki, biz bunu Kənd Təsərrüfatı Nazirliyinin və hökumətin dəstəyi iləqısa müddətdə reallaşdırmalıyıq və reallaşdıracağıq”.
N.Həmzəyevin sözlərinə görə, eyni zamanda elə bir sistemqurulmalıdır ki, müəllimlər, professorlar və dosentlər yayaylarında istirahəti düşünməsinlər, sahədə praktiki fəaliyyətbarədə düşünsünlər:
“Onları sahələrə cəlb etməli, bu prosesdə maraqlı etməliyik.Sovet dövründə yetişmiş akademik və professor heyəti birbaşa kolxozvə sovxozlarda formalaşırdı. Bu gün isə açıq demək lazımdır ki,həmin şəraiti Nazirlik olaraq tam şəkildə yarada bilmirik.Müəllimlər elə gözləyirlər ki, tətil başlasın, halbuki aqrar sahədəəsas proseslər məhz həmin 3 ayda baş verir.
Bu baxımdan, mümkün olarsa, bu istiqamətdə də əlavə dəstəkmexanizmləri yaradılmalıdır. Aqrar Universitetin çox güclü MəsləhətMərkəzi mövcuddur. Əgər bu mərkəzin rəqəmsallaşdırılması üçün KəndTəsərrüfatı Nazirliyi tərəfindən əlavə vəsait ayrılarsa, düşünürəmki, ümumilikdə respublika üzrə kənd təsərrüfatının inkişafına cidditöhfə vermək mümkün olar”.