AZ

Paşinyan Rusiyadan Türkiyə və Azərbaycanla dəmir yolu əlaqələrini bərpa etməsini istədi

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə Türkiyə və Azərbaycana gedən marşrutlar üzrə sərhəd dəmir yolu hissələrini təcili bərpa etməyi tapşırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

N.Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə verdiyi açıqlamaya görə, sərəncam Arazdəyəndən Azərbaycanla (Naxçıvan), həmçinin Qarakilsədən (Abaran) Türkiyə ilə sərhədə qədər olan hissəyə aiddir.

“Gələcəkdə, mən yəqin ki, Karvansara (İcevan)-Qazax bölməsi ilə bağlı oxşar məsələ qaldıracağam, çünki onun sürətli bərpasına ehtiyac var”, – deyə Paşinyan qeyd edib.

O, ümid etdiyini bildirib ki, rusiyalı tərəfdaşları bu sərəncamı tez bir zamanda icra etməyə başlayacaqlar.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr