AZ

Nersisyan KQB əməkdaşı imiş Sənəd yayıldı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) olan məlumatlara görə, arxiyepiskop Yezras Nersisyan 1986–1988-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK/KQB) ilə əməkdaşlıq edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.

“Bundan əlavə, mövcud bilgilərə əsasən, arxiyepiskop Nersisyan hazırda xarici dövlətlərin xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələr saxlayır ki, bu da Ermənistanın təhlükəsizliyi və maraqları üçün təhdid yarada bilər”, – məlumatda qeyd edilib.

Əlavə olaraq, arxiyepiskop Yezras Nersisyanın əməkdaşlıq faktını təsdiqləyən məxfiliyi açılmış sənədin surəti təqdim olunub.

Qeyd edək ki, Y.Nersisyan Ktriç Nersisyanın (katolikos II Qaregin) qardaşıdır. Hazırda Ermənistan hakimiyyəti ilə kilsə arasında gərginlik davam edir. 

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
globalinfo.az

1Mənbələr