AZ

Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həmin şəxslər müvafiq imtahandan keçməlidirlər - Məleykə Abbaszadə

Bakı. Trend:

Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikatverilməsini hüquqi müstəvidə həll etmək üçün müvafiq orqanlaramüraciət edilib.

Bunu Trend-əmüsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, sertifikatın formatının təsdiqlənməsi, nəvaxt təqdim ediləcəyi, kimlərə veriləcəyi, hansı növ imtahanlardaqəbul olunacağı və kimlərdən tələb olunacağı məsələləri həlledilməlidir:

"Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa,həmin şəxslər müvafiq imtahandan keçməlidirlər. Amma tələbolunmadığı halda da bu imtahandan keçərək ana dilinizi hansısəviyyədə bildiyinizi yoxlaya bilərsiniz. Sertifikatı əldə edənşəxs onu IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edəbilər. Həmçinin, bu sertifikat dövlət tərəfindən tanınmışsertifikat kimi işəgötürənlərə təqdim oluna bilər".

Məleykə Abbaszadə qeyd edib ki, sınaq variantda iştirak sayı çoxaz olub:

"Sınaq variantında imtahandan keçənlərin nəticələri artıqözlərinə təqdim edilib. On milyonluq Azərbaycan əhalisindən ən azı20 min nəfərin bu imtahanda iştirakını gözləyirdik. Təəssüf ki,minə yaxın şəxs iştirak edib. Amma özümüz əlavə olaraq imtahanlaramüəyyən adamları cəlb etdik və bu say nəticələri təhlil etməyəkifayət etdi. Biz hamıya müraciət etmişdik; əsas məqsəd hərtəbəqədən olan insanların imtahanda iştirakı idi".

Seçilən
121
5
az.trend.az

6Mənbələr