AZ

İttiham aktında Kamran Əsədovun adını görəndə təəəcübləndim - Məleykə Abbaszadə

Bakı. Trend:

İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığıbarədə məlumatımız yox idi. Birinci qrupla bağlı ittiham aktıtəqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinciittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki,prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənəhəmin ittiham aktında dırnaqarası “təhsil eksperti”nin adınınkeçdiyini bildirdilər və bu, məni təəccübləndirdi.

Bunu Trend-əmüsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə bildirib.

"Çünki cəmi bir həftə əvvəl həmin şəxs rəsmi tədbirlərin birindərektorlarla mehriban söhbət edirdi. Halbuki o, həmin vaxt artıqittiham aktından xəbərdar idi. Bilə-bilə bu qədər rahat davranması,heç nə olmamış kimi görünməsi məni təəccübləndirdi", o, əlavəedib.

Məleykə Abbaszadə vurğulayıb ki, əlavə təhlillər aparılacaq vəyeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin aliməktəblərdən xaric ediləcək:

"Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı.Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinintəsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq hallarıaşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinədair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək".

Seçilən
82
29
az.trend.az

10Mənbələr