AZ

Yeni ildə sıraya dönəcək

Ronald Arauxonun səhhəti ilə bağlı yeni xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın müdafiəçisi müəyyən fasilədən sonra yaşıl meydanlara dönməyə hazırlaşır. İspaniyanın “Marca” nəşrinin məlumatına görə, klubundan psixoloji problemlərlə əlaqədar bərpa olunmaq üçün vaxt istəyən uruqvaylı futbolçu Milad fasiləsindən sonra komandanın məşqlərinə qoşulacaq.

Arauxo sonuncu dəfə noyabrın 25-də Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirilən və “Barselona”nın 0:3 hesabı ilə uduzduğu matçda meydana çıxıb. Həmin oyunda qırmızı vərəqə almışdı. Onun yanvarın 3-də “Espanyol”la keçiriləcək matçda meydana çıxması gözlənilir.

Ronald bayram günlərini ailəsi ilə birlikdə Uruqvayda keçirməyi planlaşdırır. Bu addımın onun psixoloji vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcəyi vurğulanıb.

Seçilən
33
1
football-plus.az

2Mənbələr