ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Ölkə üzrə elektron siqaretin qadağan olunması gənclər üçün vacib və qoruyucu addımdır, çünki həm elektron siqaret, həm də adi siqaret sağlamlığa ciddi ziyan vurur. Nikotin asılılığı yaradan bu məhsullar gənclərin beyin inkişafına mənfi təsir göstərir, diqqət və yaddaş pozğunluqlarına səbəb olur”.Bu sözləri Demokrat.az-a açıqlamasınd psixoloq Günel Taleh deyib.Onun sözlərinə görə, qəfil qadağa gənclərdə əsəbilik, gərginlik və motivasiya itkisi yarada bilər:“Çünki nikotin beyində dopamin və serotonin səviyyəsini dəyişir. Həm elektron, həm də adi siqaret ürək-damar və tənəffüs sistemi üçün təhlükəlidir, uzun müddətdə xərçəng riskini artırır. Qadağadan sonra bəzi gənclər stressi idarə etməkdə çətinlik çəkə və alternativ asılılıq vərdişlərinə yönələ bilərlər. Yuxu pozğunluqları da tez-tez müşahidə olunur, çünki nikotin bədəni stimullaşdırır və onun kəsilməsi yuxu ritmini poza bilər. Sosial mühit də önəmlidir. Dost çevrəsi siqaret istifadə edirsə, keçid daha çətin olur”. Psixoloq bildirib ki, gənclər maarifləndirmə və nikotinsiz alternativlərlə dəstəklənməlidir:“Nəfəs məşqləri, idman və digər rahatlama üsulları stresin idarə olunmasına kömək edə bilər. Valideyn və müəllim dəstəyi bu keçidi asanlaşdırır. Qrup dəstəyi və psixoloji məsləhət də effektivdir. Uzun müddətdə qadağa gənclərin sağlamlığı üçün faydalıdır, lakin mərhələli və dəstəkləyici strategiyalar tətbiq olunmalıdır”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.