AZ

Ağıllı işıqforlar yol hərəkətində sıxlığı AZALDACAQ AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“”Ağıllı işıqforların” tətbiqi Bakı şəhərində və digər bölgələrdə aktual məsələdir. Bu sistem hərəkət intensivliyini izləyir və yolun buraxma qabiliyyətini artırır. Nəticədə sıxlıq azalır və nəqliyyat axını daha səmərəli təşkil olunur”.Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O, bildirib ki, dayanıqlıq məsələsi ağıllı işıqforların əsas funksiyalarındandır:"Sistem avtomobil axınını avtomatik analiz edir və işıqforların dəyişmə vaxtını optimal şəkildə tənzimləyir. Beləliklə, 5 avtomobil üçün 105 saniyə və ya 35 saniyə gözləmə problemi aradan qaldırılır. Əsasən bu sistem əvvəlcə sıx hərəkətli küçələrdə tətbiq olunacaq, daha sonra isə digər ərazilərə yayılacaq".Ekspert bildirib ki, ağıllı işıqforlar şəhərdə hərəkətin effektiv idarə olunmasına və nəqliyyat axınının yaxşılaşdırılmasına xidmət edəcək".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
demokrat.az

1Mənbələr