AZ

Putin onun sualını yersiz adlandırdı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin “Vladimir Putinlə ilin yekunları” proqramı çərçivəsində keçirilən canlı yayımda ABŞ-nin NBC telekanalında çalışan britaniyalı jurnalist Kir Brennan-Simmonsun sualını yersiz hesab edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV-in məlumat yayıb.

Belə ki, jurnalist Putinə ABŞ Prezidenti Donald Trumpın sülh planı ilə bağlı sual ünvanlayıb. O, Rusiyanın Trampın təklifini rədd edəcəyi təqdirdə, 2026-cı ildə xüsusi hərbi əməliyyat zonasında baş verənlərə görə məsuliyyəti üzərinə götürüb-götürməyəcəyini soruşub.

Rusiya Prezidenti isə cavabında bildirib ki, ölkəsinin hansısa təklifi rədd etməsi barədə deyilənlər tamamilə əsassızdır və reallığı əks etdirmir:

“Moskvaya müəyyən kompromislərə getmək təklif olunub və Rusiya rəhbərliyi bu kompromislərlə razılaşıb. Bu baxımdan, Rusiyanın sülh prosesindən yayındığını iddia etmək doğru deyil”.

Qeyd edək ki, dekabrın 19-da baş tutan “Vladimir Putinlə ilin yekunları” proqramında Rusiya Prezidenti 2025-ci ilin nəticələrini dəyərləndirib, jurnalistlərin və vətəndaşların suallarını cavablandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
2
qafqazinfo.az

3Mənbələr