AZ

"Fənərbağça" niderlandlı futbolçunun transferi üçün PSV ilə danışıqlara başlayıb

Bakı, 19 dekabr, AZƏRTAC

Türkiyənin "Fənərbağça" klubu qış fasiləsində heyətini yeni futbolçu ilə gücləndirəcək.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, İstanbul təmsilçisi Niderland millisinin yarımmüdafiəçisi Coui Vermanın transferi üçün PSV ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Niderland yığmasında 16 oyun keçirən 27 yaşlı futbolçu 2022-ci ildən PSV-də çıxış edir.

Seçilən
69
azertag.az

1Mənbələr