Bakı. Trend:
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etməküçün texniki vasitələr hazırlamaq və satmaqda təqsirləndirilənşəxslər barədə ibtidai istintaq tamamlanıb.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumatyayıb.
Əvvəllər məlumat verildiyi kimi, ali məktəblərə qəbul vəburaxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarınazidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan MərkəzindənDövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasındabaşlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanAbbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursununabituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılışimtahanlarının gedişində testləri cavablandırmağa kömək etməkməqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulantexniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə ƏsədovKamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texnikivasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslışübhələr müəyyən edilib.
Bundan başqa Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasimoğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktlarıntələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçünnəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarınamənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyatakeçirməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.
Toplanmış sübutlara əsasən Gündüz Abbasova AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiyaalınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraqsatma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifəsəlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həminMəcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindənsui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həminMəcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilmiş, GündüzAbbasov barəsində istintaq orqanının vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərinbarəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayanqətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılmasıüçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edək ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələriilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas)cəzasına məhkum edilib.