AZ

Ukraynadakı savaşda əsas yükün Avropanın üzərinə düşməsi Rusiyanın işini müəyyən qədər rahatlaşdırıb

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya prezidenti Vladimir Putin Avropa liderləri və Qərbi növbəti dəfə açıq şəkildə təhqir edib. Putin bu qalmaqallı ifadələri Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı səsləndirib. Kremlin rəhbəri çıxışı zamanı Ukraynada müharibəyə görə məsuliyyəti Qərbin üzərinə atıb və bildirib ki, müharibəni Rusiya deyil, məhz Qərb başlayıb. Putinin sözlərinə görə, ABŞ-ın əvvəlki administrasiyası vəziyyəti bilərəkdən gərginləşdirərək Ukraynanı müharibəyə sürükləyib. Putin çıxışında Avropa liderlərini aşağılayıcı ifadələrlə hədəfə alaraq deyib ki, ABŞ və “Avropanın donuzcuqları” (европейские подсвинки) qısa müddət ərzində Rusiyanı daxildən dağıdacaqlarına inanırdılar. Onun sözlərinə görə, Qərb Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan çökməsini gözləyib, lakin bu planlar tam iflasa uğrayıb.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vladimir Putinin son dövrlər, xüsusilə də Avropa ölkələrini hədəfə alan çıxışlarının şahidi olmaqdayıq və bunun əsas səbəbi Amerika Birləşmiş Ştatlarının siyasətində kəskin dəyişikliklərlə bağlıdır: “Tramp administrasiyası hakimiyyətə başlayandan Rusiya ilə dialoq başlanıb və Rusiya ciddi şəkildə izolyasiyadan çıxıb. Rusiyanın sanksiyalardan yayınmasında və onun enerji daşıyıcılarının alınması ilə faktiki olaraq maliyyə imkanlarının sabit saxlanmasına, Çin və Hindistana da dəstək olub. Hazırda Amerika Birləşmiş Ştatlarının faktiki olaraq savaşdan çəkilməsi və bu savaşın yükün Avropanın üzərinə düşməsi Rusiyanın işini müəyyən qədər rahatlaşdırıb”.

Oqtay Qasımov

“Eyni zamanda Putin həm də qəzəblidir. Rusiya prezidenti hesab edirdi ki, Amerikanın təzyiqləri nəticəsində Avropa da Rusiyaya qarşı sərt mövqeyindən imtina edəcək və Rusiya Ukraynada istəklərinə daha rahat çatacaq. Bu baxımdan Vladimir Putinin bu çıxışını məhz bu kontekstdən dəyərləndirmək lazımdır”-deyə politoloq qeyd edib.

“Qərbdə bir çoxları düşünürdü ki, Rusiyanı çökdürmək mümkün olar. Amma orada onların hesablamadığı bəzi nüanslar var. Birincisi, Rusiya cəmiyyətinin düşüncə tərzi ilə bağlıdır.

İkinci məsələ, Rusiyaya tətbiq olunmuş sanksiyaların tam şəkildə həyata keçirilməməsi və Rusiyanın alternativ mənbələrdən maliyyə imkanlarını qoruyub saxlaması ilə bağlıdır.

Ukraynaya lazımi dəstəyin verilməməsi əslində Rusiyanın lehinə oldu. Bu baxımdan Putin indi Ukraynada hədəflərinə çatmış kimi görünür və bu səbəbdən də arxayın danışır”-deyə Oqtay Qasımov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
icma.az

1Mənbələr