AZ

Azərbaycan və Ermənistan üçün İLK: Bölgədə əməkdaşlıq üçün yeni mərhələ açılır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Azərbaycanın Ermənistanı neft məhsulları ilə təmin etməsi, bölgədə etimadın yaranması və sülhün əldə olunması yolunda əhəmiyyətli addımdır. Azərbaycan bundan öncə də sülh sazişinin hazırlanması, ratifikasiyası və sərhədlərin delimitasiyası sahəsində təşəbbüskar mövqe tutaraq, Ermənistanla müqayisədə daha səmimi niyyət ortaya qoymuşdur".Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O, bildirib ki, son günlərdə Ermənistana Azərbaycanın neft məhsullarının nəqli bu səmimiyyətin növbəti göstəricisidir:"Hələ bundan əvvəl Azərbaycan Prezidenti, 30 ildən artıq davam etmiş müharibəyə baxmayaraq, ölkə ərazisindən Ermənistana transit yüklərin daşınmasına qoyulmuş qadağanı aradan qaldırmışdı. Bunun nəticəsi olaraq, Qazaxıstan malları Ermənistana Azərbaycan üzərindən daşınmağa başladı. Azərbaycanın bu jesti Ermənistana bir mesajdır ki, bölgədə əbədi düşmənçilik yox, əməkdaşlıq mümkündür. Ermənistan bu hadisədən nəticə çıxarıb başa düşməlidir ki, regionda iqtisadi dirçəliş və davamlı sülh yalnız Azərbaycanla normal münasibətlərdən keçir".Ekspert bildirib ki, Ermənistan sülh sazişini gecikdirərsə, bu "nəfəsliyə" son qoyula bilər:"Azərbaycan bu jesti ilə böyüklük və siyasi müdriklik nümayiş etdirir. Amma bu jestin qarşılığı olmalıdır, yəni, konkret sülh addımları. Ermənistanla Azərbaycanın iqtisadi əlaqələrinin başlanması, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün mühüm fürsətlər yaradır. Bu, Ermənistan üçün təkcə Azərbaycanla deyil, həm də Türkiyə, Gürcüstan və Qərb bazarları ilə əlaqələr üçün yeni perspektivlər açır".Onun sözlərinə görə, nəticə olaraq, Azərbaycanın Ermənistana göndərdiyi ilk 22 min ton benzin, əslində, regionda yeni bir mərhələnin, açıq, qarşılıqlı faydalı əməkdaşlığın başlanğıcı ola bilər, yetər ki, Ermənistan bu fürsəti düzgün qiymətləndirsin. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
demokrat.az

1Mənbələr