AZ

Türkiyədə Rusiya istehsalı olan qəzaya uğramış PUA aşkarlandı

Bu gün Türkiyənin İzmit şəhərində tapılan PUA-nın Rusiya istehsalı olan pilotsuz kəşfiyyat aparatı olduğu müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, pilotsuz aparat İzmitin (Kocaeli vilayəti) Çubuklubala məhəlləsi rayonunda tapılıb.

DİN-nin məlumatına görə, tapılan uçuş aparatı kəşfiyyat əməliyyatlarında istifadə olunan Rusiya istehsalı "Orlan-10" pilotsuz aparatıdır. 

Qurumda həmçinin vurğulanıb ki, insidentin araşdırılması davam edir.


Telegram kanalımız
Seçilən
58
5
yenisabah.az

8Mənbələr