Bakı. Trend:
19 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası vəAmerika Birləşmiş Ştatları arasında Strateji TərəfdaşlıqXartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlaynformatda tam tərkibdə ilk iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumatyayıb.
Bildiirlib ki, Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xariciişlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlətkatibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.
İclas zamanı, 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində ikidövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasınınhazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elanedilmiş enerji, ticarət və tranzit daxil olmaqla regionalbağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqlaiqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorlamübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti vəinkişaf perspektivləri müzakirə edilib. 8 avqustdan sonra qeydedilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar vəmüzakirələr yüksək qiymətləndirilib.
Bu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqistiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasınınmətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzindərazılaşdırılmasının əhəmiyyəti vurğulanıb.